"Bavariya" klubu Tomas Tuxella bağlı yekun qərarını verib
"Bavariya" klubunun rəsmiləri Tomas Tuxellə bağlı yekun qərarını veriblər.
Sportline.az xəbər verir ki, Almaniya nəhənginin rəsmiləri baş məşqçi ilə görüşərək son dəfə şan verəcəklərini bildiriblər.
Tomas Tuxel isə açıqlamasında :"Mən qalib gəlmək üçün gəlmişəm. Nə lazımdırsa edəcəyəm",-deyib.
Qeyd edək ki, "Bavariya" klubunun uğursuzluq seriyası azarkeşlərin də qəzəblənməsinə səbəb olub.