"Bavariya" müdafiə xəttini güclədirir

Almaniyanın "Bavariya" klubu De Lixtin zədələnməsin ardından yeni müdaciəçi axtarışına çıxıb. 

Sportline.az Sportx.com.tr-yə istinadla xəbər verir ki, almaniyalılar müdafiə xətti üçün 2 namizəd göstəriblər. 

İlk sırada "Aston Villa"nın müdafiəçisi 28 yaşlı futbolçu Klement Lenclet, 2-ci pillədə isə "Atalanta"nın 19 yaşlı gənc oyunçusu Ceorci Skalvin yer alıb.

Qeyd edək ki, "Bavariya" rəsmiləri bundan başqa "Jirona"nın 20 yaşlı müdafiəçisi Arnau Martinezlə də maraqlanmağa başladığını bidliriblər.