"Bavariya" onu geri qaytarır

"Bavariya" rəhbərliyi B planına keçir.

Sportline.az "Bild" nəşrinə istinadla xəbər verir ki, Matteys de Liqtin zədəli olması Münhen klubunu Jerom Boatenqlə əlaqəyə məcbur edib.

Klub onunla qısamüddətli müqavilə üçün çalışır. De Liqt Almaniya kuboku oyununda 4 həftəlik sıradan çıxıb.

Hətta bu gündən Boatenqin “Bavariya”nın düşərgəsində əsas komanda ilə məşqlərə qatılması da bildirilir.