"Bavariya" Upamekano ilə bağlı qərar verib

"Bavariya" fransalı stopperi Dayo Upamekano ilə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, rəhbərlik 27 yaşlı futbolçu ilə yola davam etmək istəyir.

Münhen klubu Upamekanoya yeni müqavilə təklif etməyi düşünür.

Bu haqda "Sky Sports Germany" məlumat yayıb.

Qeyd edək ki, sözügedən oyunçunun hazırki sözləşməsi 2026-cı ilin yayında başa çatacaq.