"Bavariya"dan "Real Madrid"ə

"Real Madrid" "Bavariya"nın müdafiəçisi ilə razılaşıb.

Sportline.az Sprox.com-a istinadla xəbər verir ki, "kral" klubu Alfonso Deyvislə razılıq əldə edib. 

"Bavariya" klubunun futbolçu üçün istədiyi məbləğ "Real Madrid" rəsmiləri tərəfindən qəbul edilib və Deyvisin keçidinə icazə veriləcəyi bildirilib.

Qeyd edək ki, Alfonso Deyvis bu mövsüm "Bavariya" forması ilə çıxdığı 27 oyunda 1 qol, 3 asistlə yadda qalıb.