“Bavariya”dan yeni rekord

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turu maraqlı məqamlarla yadda qalıb.

Belə məqamlardan biri “Bavariya” - “Dinamo Zaqreb” görüşündə qeydə alınıb.

Sportline.az “Opta” nəşrinə istinadən xəbər verir ki, “Bavariya” Çempionlar liqası tarixində 1 matçda 9 qol vurmağı bacaran ilk klub olub. 

Qeyd edək ki, “Bavariya” “Dinamo Zaqreb” görüşü 9-2 hesabı ilə başa çatıb.