"Bavariya"nın istəyi alınmadı

Almaniya nəhəngi "Bavariya"nın transfer istəyi alınmayıb. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, "Nyukasıl Yunayted"in 33 yaşlı futbolçusu Kyeran Trippieri heyətinə qatmaq istəyən Almaniya klubu keçidin olmayacağını bildirib. 

"Bavariya" müdafiəçi üçün 3 dəfə təklif göndərsə də İngiltərə klubu futbolçunu satmaq istəməyib. 

Qeyd edək ki, Kyeran Trippier bu mövsüm çıxdığı 28 oyunda 8 asistlə yadda qalıb.