"Bavariya"nın uğursuzluq seriyası davam edir

Tomas Tuxelin baş məşqçilik etdiyi "Bavariya"nın uğursuzluqq seriyası davam edir. 

Sportline.az xəbər verir ki, Almaniya nəhəngi 9 il sonra ilk dəfədir ki, ardıcıl 2 oyunda qol vura bilməyib.11 il sonra isə ilk dəfə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda məğlub olub. 

Bundan başqa, "Bavariya" 13 il sonra ilk dəfə İtaliya klubuna məğlub olub.

Qeyd edək ki, Almaniya klubu 2 görüşdə isə rəqib qapısına zərbə endirməyi bacarmayıb.