"Bavariya"nın yeni trasnferi 3 həftə komandaya kömək edə bilməyəcək
"Bavariya"nın "Qalatasaray"dan transfer etdiyi futbolçu zədə səbəbindən 3 həftə komandaya kömək edə bilməyəcək.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli cinah müdafiəçisi Saşa Boey ciddi zədə alıb. Futbolçu bu səbəbdən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Klub rəsmiləri Saşa Boeyin həkim nəzarətində olduğunu və ən qısa müddətdə komandaya qatılacağını bildiriblər.
Qeyd edək ki, Saşa Boey "Bavariya" klubuna qış transfer pəncərəsində 25 milyon avro qarşılğında keçmişdi.