"Bavarya"dan "Real Madrid"ə

"Bavarya"nın futbolçusu Alfonso Deyvis "Real Madrid"ə transfer olmağa çox yaxındır. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 2025-ci ildə kanadalı futbolçu ilə müqaviləsi bitən "Bavarya" klubu yeni müqavilə təklif etsə də Deyvis qəbu etməyib. "Real Madrid" fürsətdən istifadə edərək 23 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir. 

Futbolçunun Almaniya klubundan ayrılma səbəbinin isə tələb etdiyi maaşın verilməməsi olub. 

Qeyd edək ki, "Bavarya" klubunun futbolçu ilə yenidən anlaşmağa çalışacağı bildirilib.