"Bayer 04"ün idman direktoru "Qarabağ" haqqında danışıb

"Qarabağ", "Molde" və "Hakken" böyük adlar deyil, amma heç vaxt nələrin baş verəcəyini bilmirsən".

Sportline.az xəbər verir ki, bunu Almaniyanın "Bayer 04" klubunun idman direktoru Simon Rolfes UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri dəyərləndirərkən deyib. 41 yaşlı veteran futbolçu rəqiblərlə bağlı bunları söyləyib: 

"Qarabağ", "Molde" və "Hakken" böyük adlar deyil, amma heç vaxt nələrin baş verəcəyini bilmirsən. Skandinaviya komandaları adətən yaxşı olur və çox vaxt fiziki göstəricilərə üstünlük verirlər. “Qarabağ”da keçmiş futbolçumuz Andrey Lunyovla qarşılaşacağıq. Qrupda məqsədimiz mərhələ adlamaq və birinci yeri tutmaqdır".

Qeyd edək ki, UEFA Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.