"Bayer" "Heken"lə oyuna belə çıxacaq

Bu gün Avropa Liqası turnirində qrup mərhələsinin ilk oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, "H" qrupunda "Qarabağ"ın rəqibləri olan "Bayer"lə "Heken" Leverkuzendə üz-üzə gələcək.

Hər iki komandanın heyətində itkilər var.

Meydan sahiblərindən Artur, Fosu-Mensah, Patrik Şik zədəli olduğundan oyunu buraxmalı olacaq.

Qonaqlarda isə Filip Trpçevski və Turqut Blair komandasına kömək edə bilməyəcək.

Görüş Bakı vaxtı ilə saat 20:45 də başlanacaq.