"Bayer" "Molde" qarşısına belə çıxacaq

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, "Qarabağ"ın qrupdakı rəqibləri "Bayer"lə "Molde" bu gecə Norveçdə qarşıalaşacaq.

Hər iki komandanın heyətində itkilər var. 

Soccerstand.com saytında yayılan məlumatda "Molde"dən Bjornbakla Linnes, "Bayer"dən isə Artur, Fosu - Mensah və Patrik Şikin oyunu buraxacağı bildirilir.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.