"Bayer"də yeni müqavilə

"Bayer" idman direktoru Simon Rolfeslə yeni müqavilə imzalayıb.

Sportline.az klubun saytına istinadn xəbər verir ki, mütəxəssislə müqavilənin müddəti 2028-ci ilin iyununa qədər uzadılıb.

41 yaşlı Rolfes 2005-2015-ci illərdə futbolçu kimi Leverkunz təmsilçisində çıxış edib, sonra karyerasını başa vurub.

2018-ci ildə keçmiş yarımmüdafiəçi akademiyada məşqçi vəzifəsini icra etmək üçün Leverkuzen klubuna qayıdıb. O,  2022-ci ildən klubun idman direktoru vəzifəsində çalışır.