Bekhem Messini belə xarakterizə edib

İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhem Lionel Messi haqqında düşüncələrini bölüşüb.

Sportline.az xəbər verir ki, "İnter Mayami"nin sahibi komandasının oyunçusu olan argentinalını ən təvazökar ulduz adlandırıb.

Bekhem The Times nəşrinə müsahibəsində "Onun məşqlərə gəlişini, peşəkar davranışını bütün gənc futbolçulara nümunə göstərmək istəyirdim. Fikrimdə yanılmamışam. Messi, həqiqətən də dünyanın ən təvazökar super ulduzudur", - deyib.

Qeyd edək ki, mövsümün əvvəlində PSJ ilə yolları ayrılan Messi bir çox təkliflərə baxmayaraq, MLS-də mübarizə aparan "İnter Mayami"nin formasını geyinməyə üstünlük verdi. 

Bu seçimdə isə Devid Bekhem amili başlıca rol oynamışdı.