Belçikalı ulduz karyerasını bitirmək istəyir

"Qalatasaray"ın belçikalı ulduz futbolçusu karyerasını başa vurmaq niyyətindədir. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Dris Mertens klub rəhbərliyi ilə görüşərək mövsüm sonunda futbolçu karyerasını başa vurmaq istədiyini bildirib. 

"Qalatasaray" rəsmiləri isə futbolçunun 1 il daha yaşıl meydanlarda qalmasını istədiklərini deyiblər. 

Qeyd edək ki, Dris Mertens karyerası ərzində "Gent" və "Napoli" klublarının şərəfini qoruyub.