Belçikalı ulduz Səudiyyə Ərəbistanı klubuna keçə bilər

“Roma” Lukakunu trasnfer etmədiyi təqdirdə oyunçu Ərəbistana yollana bilər.

Sportline.az Telegraph Sport-a istinadla xəbər verir ki, icarə əsasında “Roma”da çıxış edən “Çelsi”nin futbolçusu Romelu Lukaku mövsümün sonu Səudiyyə Ərəbistanı liqasına yollana bilər.

Premyer Liqanın maliyyə kriteryalarını yerə yetirmək üçün federasiyaya 100 milyon avro ödəməli olan “Çelsi” bu məbləğin böyük bir hissəsini Lukakunu satışından əldə etmək istəyir.

İtaliya klubu Lukakunu birdəfəlik transfer etməsə, “Çelsi” oyunçunu Ərəbistan klublarına təklif edəcək.

Qeyd edək ki,cari mövsümdə “Roma”nın heyətində 33 oyuna çıxan belçikalının aktivində 16 qol, 3 məhsuldar ötürmə var.