Byelitsa "Qara Dəniz fırtnası"na tab gətirə bilmədi
Türkiyə Superliqasında daha bir baş məşqçi ayrılığı reallaşıb.
Sportline.az xəbər verir ki, "Trabzonspor"u çalışdıran Nenad Byelitsa istefaya göndərilib.
Trabzon klubunun mətbuat xidməti mütəxəssislə müqavilənin vaxtından əvvəl ləğv olunduğunu açıqlayıb. Buna baxmayaraq Byelitsa mövsümün tam məvacibini alacaq.
Mütəxəssis rəhbərliyi altında "Trabzonspor" 16 oyunun yarısında məğlub olub.