Bellingem meydana qayıdır

"Real"ın yarımmüdafiəçisi Cud Bellingem zədəsini sağaldıb.

Sportline.az xəbər verir ki, ingiltərəli futbolçu yaxın günlərdə sıraya dönəcək.

Bu haqda AS nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə Bellingem İspaniya La Liqasının 5-ci turunun "Real Sosyedad"la oyununda meydanda olacaq.

Həmin qarşılaşma sentyabrın 14-də keçiriləcək.

Qeyd edək ki, Bellingem avqust ayında məşq zamanı sağ ayağının əzələsindən zədələnmişdi.