Bellingemin növbəti uğuru
"Real"ın yarımmüdafiəçisi Cud Bellingem Çempionlar Liqasında 21 yaşına çatmamış 10 qol vuran 4 futbolçudan biri olub.
Sportline.az xəbər verir ki, ingiltərəli futbolçu bu göstəriciyə "Napoli" ilə oyunda imza atıb.
Cud neapollularla görüşdə komandasının 4-2 hesablı qələbəsində pay sahibi kimi təbrikləri qəbul edib.
Onun qonaqların qapısına vurduğu ikinci qol turnirdəki 10-cu qol kimi qeydə alınıb.
Qeyd edək ki, ondan əvvəl Erlinq Holann, Kilian Mbappe və Kərim Benzema bu nəticəyə imza atmışdı.