Bellingem: "Messi tarixin ən yaxşılarından biridir"
Cud Bellinqhem Lionel Messinin karyerasında 8 dəfə "Qızıl top"u qazanmasının təsadüfi olmadığını bildirib.
Sportline.az "Sport.es"ə istinadla xəbər verir ki, "Real Madrid"in ulduz futbolçusu Messinin buna layiq olduğunu bildirib.
“Messi inanılmaz oyunçudur, buna görə də onun səkkiz mükafatı var. O, şübhəsiz ki, tarixin ən yaxşı futbolçularından biridir. O, bu kuboku təkcə dünya çempionatında göstərdiyi performansa və qələbəyə görə deyil, həm də məşqdə hər gün sərf etdiyi gərgin işinə görə qazanıb", - deyə Bellingem bildirib.