"Benfika" azarkeşlərinə Çempionlar Liqası qadağası

UEFA Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Real Sosyedad" - "Benfika" matçı (3:1) ilə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, qitənin ali futbol qurumunun qərarına görə 6-cı turda "Zalsburq"la səfər oyununda "Benfika" azarkeşi olmayacaq.

Qeyd edək ki, İspaniyadakı oyunda Lissabon klubunun fanatları tribunadan meydana yanan əşyalar atıblar. "Benfika" Çempionalr Liqasının qrup mərhələsində hələ ki xal qazana bilməyib.