Benzemadan maraqlı açıqlama
Kərim Benzema Səudiyyə Ərəbistanındakı həyatından məmnundur.
Sportline.az xəbər verir ki, fransalı hücumçu "Goal.com"a müsahibəsində Avropaya qayıtmaq istəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
"Əl-İttihad"ın futbolçusu baş məşqçi Marselo Qalyardo ilə münasibətlərinin korlandığı barədə şaiyələrin də əsassız olduğunu deyib: "Məşqləri bərpa etmişəm. Səudiyyə Ərəbistanında özümü xoşbəxt hiss edirəm. Qalyardo ilə problemim yoxdur. Avropaya qayıtmaq istədiyimi deyənlərin hamısı yalançıdır. Heç kimlə problemim yoxdur".
Qeyd edək ki, son vaxtlarda Benzemanın Avropaya dönmək istəyi ilə bağlı xəbərlər dolaşırdı.