"Beşiktaş" 19 yaşlı futbolçu ilə müqavilə bağladı
"Beşiktaş" 19 yaşlı futbolçusu Demir Ege Tiknazla yola davam edəcək.
Sportline.az xəbər verir ki, istanbullular bu gün istedadlı yarımmüdafiəçi ilə müqavilənin müddətini daha 3 il uzadıblar.
Yeni anlaşmaya əsasən Tiknaz 2027-ci ilədək "Qara qartal"ın formasını geyinəcək.
Qeyd edək ki, Türkiyənin son illərdəki ən istedadlı futbolçularından sayılan Demir Ege bu mövsüm 27 oyunda meydana çıxıb.