“Beşiktaş” 2 hücumçu ilə maraqlanır

"Beşiktaş" 2 hüxumçunun transferində maraqlıdır.

Sportline.az xəbər verir ki, "qara qartallar"  "Qaziantepspor"un rumuniyalı futbolçusu Denis Draqus və "Sivasspor"un hücumçusu Rey Manayı heyətinə qatmaq istəyir.

"Beşiktaş" rəsmiləri futbolçular üçün görüşmələrə başladıqlarını bildiriblər.

Qeyd edək ki, "Beşiktaş" klubu mövsüm sonunda Vinsent Abubakar və Cenk Tosunla yolları ayıracağını bildirib.