"Beşiktaş" 24 yaşlı cinah hücumçusu ilə maraqlanır
"Beşiktaş" klubu 24 yaşlı sol cinah hücumçusunun transferində maraqlıdır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Tunisin "Vinterhur" klubunda çıxış edən Sayfallah Latif mövsüm sonunda Türkiyə klubuna qatıla bilər.
"Qara -qartallar" tunisli futbolçu üçün ən qısa zamanda təklif göndərməyə hazırlaşırlar.
Qeyd edək ki, Sayfallah Latif bu mövsüm "Vinterhur" klubunun forması ilə çıxdığı 25 oyunda 9 qol, 4 asistlə yadda qalıb.