"Beşiktaş" 5 futbolçusu ilə yollarını ayıracaq
"Beşiktaş" klubu 5 futbolçu ilə yollarını ayrımaq istəyir.
Sportline.az xəbər verir ki, "qara-qartallar" siyahıya Cenk Tosunnun başçılıq etdiyini bildiriblər. Buna səbəb futbolçunun kosmik məbləğdə maaş tələb etməsi olub. Belə ki, təcrübəli oyunçu "Beşiktaş" klubundan 1,8 milyon avro istəyib.
Salih Uçan, Raşid Qezzal, Umut Meraş və Emrecan Uzunhanın komandadan ayrılacağı dəqiqləşib.
Qeyd edək ki, Fernando Santos rəhbərliyə bu futbolçuların performansından razı qalmadığını deyib.