"Beşiktaş" derbi öncəsi ciddi itkiylə üzləşib
"Beşiktaş"ın aparıcı oyunçularından olan Omar Kolli derbi öncəsi təlim məşq toplanışı zamanı zədələnib.
Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki,"qara-qartallar"ın həkimləri futbolçunun zədəsinin ciddi olmadığını bildiriblər.
Baş məşqçi Rıza Çalımbay isə Omar Kollinin oynayayıb oynamacağı ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, "Beşiktaş" "Fənərbağça" görüşünə dekabrın 9-da Bakı vaxtı ilə 20:00-da start veriləcək.