"Beşiktaş" fikrini dəyişib

"Beşiktaş" Vensan Abubakarla bağlı planlarını dəyişib.

Sportline.az xəbər verir ki, İstanbul nəhəngi yolları ayırmağı düşündüyü kamerunlu hücumçu ilə yola davam edəcək.

Bu haqda tanınmış jurnalist Fabrisio Romano Tvitter səhifəsində məlumat yayıb.

Mənbənin veridiy informasiyaya görə istanbullular 31 yaşlı futbolçunu heyətdə saxlamaq qərarına gəliblər. 

Qeyd edək ki, Abubakar bu ilin yanvarında "Əl-Nəsr"dən "Beşiktaş"a transfer olunmuşdu.

Bu mövsüm 22 oyunda 11 qol vuran forvardın tranafer dəyəri 7 milyon avrodur.