"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı

"Beşiktaş" klubu gənc futbolçu ilə yollarını ayırıb. 

Sportline.az xəbər verir ki, "Tinder" tanışlıq proqramından istifadə etdiyi bildirilən Emirhan Delibaşın müqaviləsinə qarşılıqlı olaraq xitam verilib. 

Emirhan Delibaş deyilənlərin yalan olduğunu bildirsə də komanda rəsmiləri azarkeşlərin etirazını nəzərə alaraq futbolçu ilə yolları ayırıblar. 

Qeyd edək ki, Emirhan Delibaş bu mövsüm "Beşiktaş" forması ilə cəmi 2 oyunda meydana çıxıb.