"Beşiktaş" futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib

"Beşiktaş" 22 yaşlı müdafiəçisi ilə yolları ayıracaq. 

Sportline.az xəbər verir ki, "qara qartallar" Emrecan Uzunhanla görüşərək mövsüm sonunda yolların ayrılacağını bildiriblər. 

Fernando Santos komanda rəsmilərinə futbolçunun performansından razı qalmadığını deyib. Komanda bu səbəbdən müdafiəçini komandadan göndərmək niyyətindədir.

Qeyd edək ki, Emrecan Uzunhan 2022-ci ildə "İstanbulspor" klubundan transfer olunmuşdu.