"Beşiktaş"ın futbolçusu millinin tarixinə düşdü
"Beşiktaş"ın yarımmüdafiəçisi Baxtiyar Zaynutdinov Qazaxıstan millisinin bombardiri olub.
Sportline.az xəbər verir ki, 25 yaşlı futbolçu Avropa çempionatının seçmə mərhələsində Finlandiya ilə görüşdə komandasına qələbə qazandırıb. Qazaxıstan geri düşdüyü oyunda Zaynutdinovun dublu ilə qələbə qazanıb.
Hazırda futbolçunun millidə 14 qolu var. Zaynutdinov bununla da Qazaxıstan millisinin bombaridir.