"Beşiktaş" İngiltərə klubunun 3 futbolçusu ilə maraqlanır

"Beşiktaş" İngiltərə klubunun 3 futbolçusunun trnasferind maraqlıdır. 

Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki, "qara-qartallar" "Çelsi" ilə 3 futbolçu üçün danışıqlara başayıblar. 

İngiltərə mediası Malanq Sarr, Deyvid Vaşinqton və Andrey Santosun "Beşiktaş"a keçə biəcəyi barədə xəbər verib.

Qeyd edək ki, "Çelsi" klubu heyətini azaltmaq üçün futbolçuların keçidi ilə bağlı razılıq verib.