"Beşiktaş" kolumbiyalı ulduz futbolçu ilə danışıqlara başlayıb

"Beşiktaş" klubu kolumbiyalı ulduz futbolçu ilə yenidən danışıqlar masasına əyləşib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartallar" 32 yaşlı yarımmüdafiəçi üçün Xames Rodriqez üçün Braziliya klubu ilə danışıqlara başlayıb. 

Hazırda "Sao Paulo" klubunda çıxış edən Xames Rodirqez komandadan ayrılmaq və "Beşiktaş"a transfer keçmək istədiyini bildirib.

Qeyd edək ki, Transfermarkt saytında Xames Rodirqezin hazırki dəyəri 6 milyon avro olaraq göstərilib.