"Beşiktaş" "Mançester Yunayted"in futbolçusunu istəyir

"Beşiktaş"ın oyun qurucusu axtarışı davam edir.

Sportline.az "Manchester Evening News"a istinadla xəbər verir ki, Roberto Pereyra ilə anlaşa bilməyən "qara qartallar" yenidən İngiltərəyə üz tutublar.

İstanbullular indi də "Mançester Yunayted"in tunisli futbolçusu Hannibal Mejbrini heyətə qatmaq niyyətindədirlər.

20 yaşlı yarımmüdafiəçinin transferi ilə danışıqlara start verildiyi bildirilir. 

Ötən mövsümü icarə əsasında "Birmingem"də keçirən futbolçu 41 oyunda 1 qol, 6 məhsuldar ötürmə müəllifi olub.