"Beşiktaş" "PSV"nin futbolçusu ilə maraqlanır

"Beşiktaş" "PSV"nin 33 yaşlı futbolçusu ilə maraqlanır.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartallar" mövsüm sonunda Cenk Tosunla yolları ayırdıqdan sonra niderlandlı hücumçu Luuk De Yonqu heyətinə qatmaq istəyir.

"Beşiktaş" rəsmiləri "PSV" ilə transferlə bağlı görüşdüklərini bildiriblər. Luuk De Yonq hazırda "PSV" klubunda xoşbəxt olduğunu və ayrılmaq istəmədiyini deyib.

Qeyd edək ki, Luk De Yonq 2022-ci ildə "Sevilya"dan "PSV"yə transfer olunub.