"Beşiktaş" rusiyalı futbolçu transfer edir

“Beşiktaş” yaxın zamanda “Lokomotiv”in yarımmüdafiəçisi  Anton Mirançukla müqavilə bağlayacaq.

Sportline.az Sovsport.ru saytına istinadla xəbər verir ki, “Lokomotiv”in yeni müqavilə şərtləri Antonu razı salmadığı üçün o, komandan ayrılmaq qərarına gəlib.

28 yaşlı futbolçunun “qara qartallar”dan maaş olaraq illik 3 milyon avro tələb etdiyi bildirilir.

Mirançuk “Lokomotiv”in öz yetiməsi sayılır. Bu mövsüm komandası ilə meydana çıxdığı 24 qarşılaşmada 4 qol , 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt oyunçunun transfer dəyərini 5 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Anton Mirançuk Rusiya cempionluğu ilə yanaşı, 4 dəfə Rusiya kubokunun da qalibi olub.