"Beşiktaş" - "Trabzonspor": Heyətlər bilindi

Türkiyə futbolu həvəskarlarının diqqəti İstanbuldadır.

Sportline.az xəbər verir ki, bu gün Türkiyə kubokunun sahibi müəyyənləşəcək.

Böyük maraqla gözlənilən oyunda "Beşiktaş"la "Trabzonspor" münasibətləri aydınlaşdıracaq.

Ntvspor.net saytının məlumatına görə komandalar meydana bu start heyətlə çıxacaqlar.

"Beşiktaş": Mert, Svensson, Necip, Kolley, Masuaku, Əl Musrati, Geson, Raşitsa, Muci, Semih.

"Trabzonspor": Uğurcan Çakır, Mönye, Mensi, Densvil, Eren, Berat, Umut, Visça, Bardi, Trezege, Onuçu.

Qeyd edək ki, "Atatürk Olimpiya Stadionu"nda keçiriləcək final görüşünün startı Bakı vaxtı ilə 21:45-də veriləcək.