"Beşiktaş"da ayrılıq

"Beşikaş" futbolçusu Aleks Teyşeyra ilə yolları ayırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı oyunçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.

Qeyd edək ki, A.Teyşeyra ötən mövsüm İstanbul təmsilçisində 31 matçda 4 qol vurub, 1 qolun ötürməsini verib.