"Beşiktaş"da ayrılıq gözlənilir

"Beşiktaş"ın yeni transferi Jan Onananın rəhbərliklə münasibətləri qaydasında deyil.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, bu gedişlə yolların ayrılacağı gözlənilir.

Bu mövsüm "Lans"dan 4 milyon avroya transfer olunan yarımmüdafiəçi heyətdə yer almamasından narazıdır. 

O, "Kayserispor"la oyunda komandanın düşərgəsinə gəlmək əvəzinə evdə sabiq komandası "Lans"ın matçına baxmağı üstün tutub.

Futbolçunun bunu nümayişkaranə şəkildə etməsi, daha dəqiq desək, sosial şəbəkədə paylaşması klub rəhbərliyini hiddətləndirib.

"Qara qartallar"ın tezliklə Onananı yola salmaq istədiyi bildirilir.