"Beşiktaş"ın baş məşqçi postuna daha bir namizəd bilinib
Baş məşqçi axtarışında olan "Beşiktaş"da diqqətlər xorvatiyalı Slaven Biliçə yönəlib.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Türkiyə klubu təcrübəli mütəxəssisə təklif göndərib. Biliçin isə klub rəhbərliyindən düşünmək üçün zaman istədiyi bildirilib.
Biliç hal-hazırda Səudiyyə Ərəbistanı klubu ƏƏl-FatehƏin baş məşqçisidir və komanda ilə daha 1 il müqaviləsi var.
Qeyd edək ki, 55 yaşlı çalışdırıcı daha əvvəl 2013-2015-ci illərdə "Beşiktaş" klubuna rəhbərlik edib.