"Beşiktaş"ın baş məşqçi postuna əsas namizəd bilinib

Baş məşqçi axtarışında olan "Beşiktaş"ın əsas hədəfi PAOK-u çalışdıran Razvan Luçeskudur.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Beşiktaş" rəhbərliyi bu mövsüm PAOK-la çempionluq yaşayan rumıniyalı mütəxəssislə Yunanıstanda görüş keçirib.

Xəbərdə bildirilir ki, Razvan Luçesku da Türkiyə klubunda işləməyə müsbət yanaşır.

Razvan Luçesku ötən həftə verdiyi açıqlamada müqaviləsində sərbəst qalma bəndinin olduğunu bildirmişdi.

Qeyd edək ki, 55 yaşlı çalışdırıcı karyerasında PAOK ilə 4, ümumillikdə isə 10 kuboku var.