"Beşiktaş"ın baş məşqçisi Fernando Santos heyəti gücləndirmək istəyir

"Beşiktaş" klubunun yeni baş məşqçisi Fernando Santos heyəti gücləndirmək niyyətindədir.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis "Arsenal"dan Sedrik Suaresi, "Real Betis"dən isə Ulliam Karvalyonu trasnfer etmək qərarına gəlib. 

Sedrik Suares əsas heyətdə yer ala bilmədiyi üçün komandadan ayrılmaq istədiyini bildirib. "Beşiktaş" rəhbərliyi də təcrübəli yarımmüdafiəçi üçün danışıqlara başlayıb. 

Ullima Karvalyo isə komandadan ayrılmaq istəmədiyi üçün "qara-qartallar"la danışıqlardan imtina edib. 

Qeyd edək ki. Sedrik Suaresin hazırki klubu ilə 2026-cı ilədək müqaviləsinin olması "Beşiktaş" klubunn transferində çətinlik yaradır