"Beşiktaş"ın əsas hədəfi

Bu mövsüm qeyri-sabiq çıxışla pərəstişkarlarını intizarda qoyan "Beşiktaş" mövsümün sonunda heyəti gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, istanbulluların transfer hədəflərindən biri də Stefan Saviçdir.

"Qara qartal"lar yay transfer pəncərəsində bu keçidi reallaşdırmağı planlaşdırırlar. 

Türkiyəli futbol menecer Ayhal Yeşilbağın sözlərinə görə, monteneqrolu müdafiəçi qarşı tərəfdən 4 milyon avro tələb edir.

Keçidin uzanmasında əsas səbəbin də maliyyə məsələsində razılığın əldə olunmamasıdır. 

Bununla belə danışıqları davam etdirən "Beşiktaş" rəsmiləri sözügedən transferi reallaşdırmaqda israrlıdırlar.