"Beşiktaş"ın futbolçusu 7 həftə yaşıl meydanlardan uzaq qalacaq
"Beşiktaş"ın 31 yaşlı mərkəz müdafiəçisi 7 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki fevralın 10-da komanda ilə məşq zamanı zədələnən Tayfur Bingölün vəziyyətinin ciddi olduğu bildirilib.
Komandanın həkimləri təcrübəli futbolçunun minimum 7 həftə yaşıl meydanlardan uzaq qalacağıını deyiblər.
Qeyd edək ki, bu mövsüm "Beşiktaş" forması ilə 19 matçda eydana çıxan Tayfur Bingöl 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.