"Beşiktaş"ın futbolçusu "Antalyaspor"a transfer oluna bilər
"Beşiktaş"ın ulduz futbolçusu Raşid Qezal "Antalyaspor" klubuna transfer oluna bilər.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, mövsüm sonunda "qara-qartallar"la müqaviləsi başa çatan futbolçu Antalya təmsilçisiə keçə bilər.
Sərgən Yalçının çalışdırdığı "Antlayaspor" klubu Raşid Qezalla bağlı danışıqlara başladığını bildirib.
Qeyd edək ki, əlcəzairli futbolçu bu mövsüm "Beşiktaş" forması ilə çıxdığı 18 oyunda 1 qol, 4 asistlə yadda qalıb.