"Trabzonspor"un futbolçusu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

"Trabzonspor"un təcrübəli futbolçusu zədə üzündən uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Sportline.az Sporx.com-a isitinadla xəbər verir ki, Türkiyə Kubokunun yarımfinal görüşündə "Başakşəhər"lə qarşılaşan "qaradənizlilər" 63-cü dəqiqədə azlıqda qalıblar.

Paul Onuaçu qaolundan və döş qəfəsindən ciddi zədə aldığı üçün meydanı tərk etmək məcburiyyətində qalıb. Komandanın həkimləri nigetiyalı futbolçunun ən azı 1 ay futboldan uzaq qalacağını bildiriblər.

Qeyd edək ki, görüş "Trabzonspor"un 1-0 hesablı qələbəsi ilə başa çatıb.