"Beşiktaş"ın futbolçusu xəstəxanaya yerləşdirildi
"Beşiktaş"ın müdafiəçisi Baktiyar Zaynuddinov İstanbul xəstəxanalarından birinə yerləşdirilib.
Sportline.az xəbər verir ki, qazaxıstanlı futbolçu Türkiyə Super Liqasının bu dəqiqələrdə davam edən "Beşiktaş" - "Başakşəhər" matçında zədələnib.
Onun kəllə, göz və burun xəsarətləri aldığı bildirilir.
Qonaqların oyunçusu Opoku oyun epizodunda ona dirsək zərbəsi endirib.
Ciddi zədə alan futbolçu 41-ci dəqiqədə meydanı tərk etməli olub.