"Beşiktaş"ın futbolçusundan duyğusal açıqlama

"Beşiktaş"ın əlcəzairli futbolçusu Raşid Gezal “İstanbulspor”la görüşün 90-cı dəqiqəsində Cenk Tosunun jestinə heyran qaldığını deyib.

Sportline.az Goal.com.tr-yə istinadla xəbər verir ki, o, matçın 90-cı dəqiqəsində Cenk Tosunun penaltı fürsətini ona verməsinin pərdə arxasını tərcüməçisi tərəfindən öyrəndiyi zaman göz yaşlarını saxlaya bilmədiyini açıqlayıb.

“90-cı dəqiqədə Cenk Tosun penaltını yerinə yetirmək üçün topun arxasına keçdi. Amma, sonradan vuruşu mənim etməyimi istədi. Oyun başa çatdıqdan sonra tərcüməçim yaxınlaşaraq, azarkeşlərin penaltını mən yerinə yetirim deyə səsləndikdən sonra Cenk Tosun topu sənə verdi dedi. Bu isə komandanın azarkeşləri nə dərəcədə ciddiyə aldığını göstərir”, - deyib.

Qeyd edək ki, “Beşiktaş”  - “İstanbulspor” görüşündən meydan sahibləri 2-0 hesablı qələbə ilə ayrılmışdılar.