"Beşiktaş"ın qapıçısı İngiltərə klublarının maraq dairəsinə düşüb
İngiltərə klubları "Beşiktaş"ın təcrübəli qapıçısı ilə maraqlanır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Beşiktaş" klubunun rəsmiləri İngiltərədən 2 komandanın təcrübəli qapıçı Mərt Günok üçün təklif göndərdiyini bildiriblər.
Klub rəsmiləri qolkiperin keçidində maraqlı olan komandaların adlarını isə açıqlamaqdan imtina ediblər.
Qeyd edək ki, Mərt Günok 2021-ci ildən "Beşiktaş"ın şərəfini qoruyur.